Dünya

Tibbdə inqilabi kəşf: Koronavirusun insan orqanizmində gizli hissəcikləri aşkar edilib

Sharing is caring!


Hindistanlı alimlər insan orqanizmində SARS-CoV-2 koronavirusunun gizli hissəciklərini aşkar ediblər.

Bu barədə Nyu-Delhi Qaraciyər və Öd Yolları Tədqiqatları İnstitutundan bildirilib.

Alimlər hüceyrədənkənar vezikulları (hüceyrələr tərəfindən ifraz olunan kiçik hissəcikləri) tədqiq ediblər və orada SARS-CoV-2 RNT molekullarını, onun genetik materialını tapıblar.

Halbuki koronavirus üçün standart test üsulları mənfi nəticə göstərmişdi.

Laboratoriya şəraitində yoluxmuş hüceyrədənkənar vezikullar, virusu yoluxmamış hüceyrələrə ötürmək qabiliyyətini nümayiş etdirib.

“Bu kəşf COVID-19 infeksiyalarını daha effektiv aşkar edilməsində və müalicə etmək qabiliyyətimizdə inqilabi dəyişiklik edə bilər”, – deyə tədqiqat layihəsinin rəhbəri Sukriti Baweca bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir