İdman

Paytaxt klubunun ilk transfer hədəfi: Milli üzvü ilə danışıqlar başladı

Sharing is caring!


“Səbail”in qış fasiləsində heyətinə qatmaq istədiyi futbolçulardan birinin kimliyi məlum olub.

Sportinfo.az xəbər verir ki, söhbət “Sabah”ın yarımmüdafiəçisi Ceyhun Nuriyevdən gedir.

Məxsus olduğu klubun yeni müqavilə təklifinə “yox” deyən 22 yaşlı futbolçunun xidmətində Şahin Diniyev maraqlıdır.

Hətta Bayıl təmsilçisi Ceyhuna görə “Sabah”a müəyyən məbləğ təzminat ödəməyə də hazırdır.

Qeyd edək ki, “Turan Tovuz” və “Sumqayıt” da futbolçunu öz heyətində görmək istəyən klublar siyahısındadırlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir