Cəmiyyət

Bakıda qəza: Xəsarət alan var – FOTO

Sharing is caring!


Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

“BMW” markalı maşını idarə edən şəxs yol ayrıcından geriyə dönərkən “Honda” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşınını “BMW” markalı avtomobilə çırpıb.

Qəza zamanı “BMW” yol ayrıcı betona çırpılaraq dayanıb. “Honda”nın sürücüsü hadisə yerindən yayınıb. Məlum olub ki, “Honda” markalı nəqliyyat vasitəsində olan sərnişin xəsarət alıb.

Fakt üzrə əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.

Sürücü axtarışdadır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir