İdman

“Kəpəz”in baş məşqçisi: “Komandamız daha yaxşı yerlərə getməyə hazırlaşır”

Sharing is caring!


Azərbaycan Premyer Liqasının XVII turunun “Kəpəz” – “Sumqayıt” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, “Kəpəz”in baş məşqçisi əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

“Bugünkü oyunda düzgün müdafiə olunduq və epizodlarla sürətli hücumlara çıxdıq, imkanlar yaxaladıq. Düşünürəm ki, komandamız daha yaxşı yerlərə getməyə hazırlaşır”.

– Gəlişinizdən sonra “Kəpəz”də oyun keyfiyyəti artıb. Komandada nəyi dəyişdiz?

– Uğur bir dənədir, gedən yollar isə fərqlidir. Çalışırıq ki, komandanı motivasiya edək, uşaqlara istəyimizi bildirək. Müəyyən vaxt lazımdır. Qış fasiləsinin sonuna qədər nəsə əldə etmək istəyirik.

– Oyun fəlsəfənizi tam aşılaya bilmisiniz?

– Hələ yolun başlanğıcındayıq. Təkmilləşdirmək istədiyimiz işlərə doğru gedirik.

– Cavad Kərimovun performansını necə dəyərləndirirsiniz?

– Son məşqdən sonra onunla danışdıq. Adama Nianenin ayağında problem var idi. Ona görə risk etmək istəmədik, dincəlməsinə qərar verdik.

– Papunaşvilinin oyunu sizi qane edir?

– “Qəbələ” ilə oyundan öncə özü müsahibəsində hələ tam performansını göstərə bilmədiyini deyib. “Kəpəz”dəki futbolçuların hər biri daha yaxşı ola, inkişaf edə bilər. Tez uyğunlaşan oyunçu tez inkişaf edəcək.

– Uzun müddətdir, “Kəpəz”də əcnəbi qapıçı ənənəsi var. Yerli qolkiper axtarırsınız?

– Biz inkişafı və komandanın uğur qazanmasını düşünürük. İstənilən bir mövqedə yerli oyunçu qazanmaq istəyirik. Bu gün Cavadı çalışdıq ki, oyuna buraxaq, istədiklərimizi etsin. O, Gəncədə seçilən uşaqlardandır. Gəncə futboluna yeni adlar qazandırmaq istəyirik.

– Bu gün altı yerli oyunçu ilə meydana çıxdız. Bu, nə ilə bağlıdır?

– Süni örtüklü meydança amili var idi. “Qəbələ” ilə oyunda Latir Fal bir hissə oynaya bildi, bu gün də. Futbolçuların hər birinə güvənirik. Onların oyun dinamikasında qalmasını istəyirik.

– Əvəzedici komandada gözaltı etdiyiniz kimsə var?

– Var. Onları izləyir, hər məşqimizə iki-üç futbolçu dəvət edirik.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir