Dünya

Türkiyənin Gürcüstandakı yeni səfiri işə başlayıb

Sharing is caring!

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Türkiyənin Gürcüstandakı yeni səfiri Ali Kaan Orbay ilə tanış olub.

Ali Kaan Orbay 2017-ci ildən bu vəzifədə çalışan Fatma Ceren Yazqanı əvəzləyib.

Bu barədə Gürcüstan XİN-dən məlumat verilib.

Məlumata görə, nazir səfiri Gürcüstanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı tərəflər Gürcüstan və Türkiyə arasında ikitərəfli əməkdaşlığın dinamik gündəmini və gələcək münasibətlərin perspektivlərini nəzərdən keçiriblər.

Söhbətdə həmçinin regiondakı mövcud vəziyyətə də toxunulub, regionun inkişafı və uzunmüddətli çiçəklənməsi üçün ilkin şərt kimi sülh və sabitliyin dəstəklənməsinin zəruriliyi vurğulanıb.

Gürcüstan və Türkiyə arasında mövcud sıx əməkdaşlığın və strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinin vacibliyi qeyd edilib.

Görüşün sonunda tərəflər Gürcüstan-Türkiyə münasibətlərinin uğurlu inkişafı üçün fəal əməkdaşlığa dair razılığa gəliblər.

Mənbə: Sputnik Gruziya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir