Dünya

Hərracda bir salxım üzüm rekord qiymətə satılıb

Sharing is caring!

Yaponiyanın İsikava prefekturasında keçirilən hərracda “Roma yaqutu”(“Ruby Roman”) növündən olan bir salxım üzüm rekord qiymətə – 1,5 milyon yenə (təxminən 19 min manata) satılıb.

Bahalı alışı yerli hotellər şəbəkəsinə sahib olan şirkətin nümayəndəsi edib.

Qeyd olunur ki, bir salxımda 27 ədəd üzüm dənəsi olan giləmeyvə hoteldə qalan qonaqlara təklif ediləcək.

Məlumat üçün qeyd edək ki, “Ruby Roman” üzümü dünyanın ən bahalı sortu hesab edilir.

Bu üzüm yaponiyalı seleksioner tərəfindən 1994-cü ildə becərilsə də, ilk dəfə 2008-ci ildə satışa çıxarılıb. Bu sort stolüstü tennis toplarından azacıq kiçik, qırmızımtıl, şirəli və çox şirin giləmeyvələri ilə fərqlənir.

Mənbə: NHK

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir