Dünya

Sürücü avtomobilini saxlayan polisləri yandırmağa cəhd etdi – VİDEO

Sharing is caring!

Başqırdıstanda sürücü avtomobilini saxlayan polis əməkdaşlarını yandırmağa cəhd edib.

“Səkkizliy”i idarə edən şəxs Kuqarçinski rayonunda saxlanılıb. Müfəttişlər sürücünün sərxoş olduğunu düşündüyü üçün ona alkoqol testindən keçməyi təklif edib, lakin o, bundan imtina edib. Sonradan məlum olub ki, o, ümümiyyətlə sürücülük hüququndan məhrum olunub.

Qanun pozucusu müfəttişlərdən qisas almaq istəyib: o, maşından çıxaraq baqajdan benzin konteynerini çıxarıb. Polislərdən biri konteyneri ondan götürməyə çalışsa da, yanacaq onun üzərinə dağılıb – bu zaman sürücü inspektoru da yandırıb.

Ağır yanıq xəsarətləri alan polis xəstəxanaya yerləşdirilib, cinayətkar isə saxlanılıb. Onu hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd maddəsi ilə cinayət işi gözləyir.

Mənbə: “Telegram” Baza

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir