Dünya

Consonun vəzifəsinə əsas namizədlərdən biri rəqiblərini sabotajda ittiham etdi

Sharing is caring!

Hazırda Mühafizəkarlar Partiyasının yeni rəhbəri vəzifəsinə favoritlərdən biri olan Britaniyanın ticarət siyasəti üzrə kiçik naziri Penni Mordont rəqiblərini onun kampaniyasını sabotaj etmək cəhdində ittiham edib.

Bu barədə Mordont “Sky News”a müsahibəsində bildirib.

“İnsanlar açıq-aydın mənim final [seçkilər] mərhələsinə keçməyimin qarşısını almaq istəyirlər, çünki mənimlə rəqabət aparmaq istəmirlər”, – deyə Mordont digər namizədlərin onun rəqabətindən qorxduqlarına işarə edib.

O, konkret olaraq kimi nəzərdə tutduğunu, eləcə də sözügedən kampaniyaya hansı üsullarla mane olmaq istədiklərini söyləməkdən imtina edib.

Mənbə: Evropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir