İdman

Azərbaycanın beynəlxalq dərəcəli hakimi xüsusi mükafata layiq görülüb

Sharing is caring!


Azərbaycanın stolüstü tennis üzrə beynəlxalq dərəcəli hakimi Zaur Mikayılov xüsusi mükafata layiq görülüb.

Bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumat yayıb.

Bildirilib ki, ona Qazaxıstanın Türkistan şəhərində keçirilən Türkdilli xalqların II Universiadasında “Ən yaxşı hakimliyə görə” kuboku təqdim olunub.

Qeyd edək ki, 2010-cu ildə beynəlxalq dərəcəli hakim adını alan Zaur Mikayılov Avropa çempionatı, İslam Həmrəyliyi Oyunları, Avropa “Top-16” kuboku kimi yarışlarda ədaləti qoruyub.

Təcrübəli referi, həmçinin Avropa Çempionlar Liqasının final görüşünün də baş hakimi olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir