Cəmiyyət

Avropa İttifaqı Azərbaycanla nəqliyyat sahəsində müzakirələrə başlayıb

Sharing is caring!


Avropa İttifaqı Azərbaycan hökuməti ilə nəqliyyat infrastrukturu istiqamətində müzakirələrə başlayıb.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqı Qonşuluğu ölkələrində kredit əməliyyatları üzrə baş məsləhətçi Herve Quenassia jurnalistlərə açıqlamasında bildirib.

“Artıq dəmir yolları ilə bağlı müzakirələrimiz başlayıb. Kifayət qədər çox işin görülməsi nəzərdə tutulub. Metro və digər ictimai nəqliyyatla bağlı da müzakirələrimiz başlayıb. Dəmir yollarının kəsişən xətləri ilə bağlı artıq konkret layihələr var. Azərbaycan hökuməti ilə ciddi danışıqlarımız hələ də davam edir. Artıq bir sıra Avropa ölkələrinin nəqliyyatla bağlı təcrübələri öyrənilir”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir