İdman

“Yuventus” “Milan”a minimal hesabla qalib gəldi – VİDEO

Sharing is caring!


Futbol üzrə İtaliya A Seriyasının IX turunun mərkəzi oyununda “Milan” və “Yuventus” üz-üzə gəliblər.

Oxu.Az xəbər verir ki, birincilərin meydanında baş tutan matçda qonaq komanda qələbə qazanıb – 0:1.

“Qoca sinyora”nın yeganə qolunu 63-cü dəqiqədə Manuel Lokatelli vurub. 40-cı dəqiqədə Malik Tiavın birbaşa qırmızı vərəqə ilə meydandan qovulmasından sonra komanda 10 nəfərlə oynayıb.

Qələbə sayəsində xallarını 20-yə çatdıran “Yuventus” üçüncü pillədədir. Massimilyano Alleqrinin komandası lider “İnter”dən iki, ikinci pillənin sahibi “Milan”dan bir xal geri qalır.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir