İdman

Şəkidə keçirilən kros qaçışı üzrə ölkə çempionatının qalibləri müəyyənləşib – FOTO

Sharing is caring!


Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Şəkidə kros qaçışı üzrə ölkə çempionatının qalibləri məlum olub.

AZƏRTAC xəbər verir ki, ölkə çempionatında paytaxt təmsilçiləri ilə yanaşı Gəncə, Naxçıvan, Şəki, Bərdə, İsmayıllı, Xızı, Qax, Zaqatala, Balakən, Qəbələ, Oğuz və Naftalandan 200-ə yaxın atlet iştirak edib.

Kişilər arasında 10 km məsafəyə qaçışda Bərdə təmsilçisi Bəxtiyar Ələsgərli ölkə çempionu olub. Altı kilometr məsafədə Bakı idmançısı Nihat Cabbarlı, üç və iki kilometrdə isə müvafiq olaraq Gəncə atletləri Ümid İbrahimov və İsgəndər Əsgərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qadınlar arasında altı kilometr məsafəyə qaçışda Anna Yusupova bütün rəqiblərini geridə qoyub. Dörd kilometrdə Naxçıvan idmançısı Aysu Abbasova, iki və bir kilometr məsafələrdə isə paytaxt təmsilçiləri İlahə Quliyeva və Nila Heydərova yarışın qalibi adını qazanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir