Cəmiyyət

Bülbülə gölündə antisanitar vəziyyət hökm sürür – FOTO/VİDEO

Sharing is caring!


Sabunçu rayonunda yerləşən Bülbülə gölü acınacaqlı vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, məişət tullantılarının buraya atılması nəticəsində göldə və ətraf ərazidə antisanitar vəziyyət hökm sürür.

Gölün baxımsız vəziyyətdə olması uzun müddətdir yaxınlıqda yaşayan sakinləri narahat edir.

Sakinlər iddia edirlər ki, dəfələrlə əraziyə gələn tullantı dolu avtomobillərin qarşısını kəsiblər. Zibillərin su hövzəsinin ətrafına atılmasına mane olublar.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, iriqabaritli yük avtomobilləri ilə gölün ətrafına tullantılar boşaldılır və nəticədə belə vəziyyət yaranır. Görülən tədbirlər nəticəsində təkcə ötən gecə iki belə fakt aşkar olunub.

“Qeyd olunan yer bir neçə dəfə təmizlənsə də, bəzi hallarda tullantıların atılması təkrarlanır. “Bakı Abadlıq Xidməti” MMC tərəfindən həmin ərazidə abadlıq işləri aparıldığından yük avtombillərinin yaxınlaşmasının qarşısının alınması məqsədilə süni maneələrin yaradılması mümkün deyil. Yaranmış problemin həlli ilə bağlı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təmizlik işlərinə başlanıb. Qeyd olunan sahə Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Rayon Polis İdarəsinin yerli struktur bölməsi tərəfindən daimi nəzarətə götürülüb”, – deyə məlumatda bildirilib.

“Azərsu” ASC-dən isə bildirilib ki, qurumun ərazidə heç bir infrastrukturu yoxdur.

“Master plana əsasən gölün ətrafında kollektor tikiləcək və buraya axıdılan tullantı suların qarşısı alınacaq”, – deyə əlavə edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir