Dünya

Yaponiya “referendum”lara görə Rusiyaya yeni sanksiyalar tətbiq edəcək

Sharing is caring!

Yaponiya Nazirlər Kabineti Ukrayna ərazisində “referendum”ların keçirilməsi və bu ölkənin dörd regionunun Rusiyaya ilhaqı ilə əlaqədar Moskvaya qarşı sanksiyalar rejimini genişləndirmək barədə qərar qəbul edib.

Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Seydzi Kihara bildirib:

“Kabinet iclasının nəticələrinə əsasən, yeni əlavə sanksiyaların tətbiqi, bu dörd regionun nümayəndələrinin, eləcə də Rusiya rəsmilərinin aktivlərinin dondurulması barədə qərar qəbul edilib”.

Yenilənmiş sənədə Rusiyadan 58 fiziki şəxs və doqquz şirkət, habelə Rusiya Federasiyasının yeni subyektləri ilə bağlı olan daha 23 nəfər daxildir.

Yaponiyanın yeni sanksiyaları xüsusilə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun qohumlarına, Rusiyanın müdafiə naziri Sergey Şoyquya, Federasiya Şurasının sədri Valentina Matvienkoya, Rusiyanın baş naziri Mixail Mişustinə, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevə və Alina Kabayevaya tətbiq edilib.

Bundan əvvəl Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib.

Xatırladaq ki, Rusiya sentyabrın 23-27-də Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində “referendum”lar təşkil edib.

Qeyd olunub ki, bütün səslər hesablanıb və seçicilərin əksəriyyəti “Rusiya Federasiyasına qoşulmağa səs verib”.

Sentyabrın 30-da isə Ukraynanın Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin qondarma nümayəndələri Ukraynanın bu vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı müvafiq sənədlərin altına öz imzalarını çəkiblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir