İdman

“Sumqayıt”ın sabiq məşqçisi kluba qarşı məhkəmə işini udub

Sharing is caring!


İdman Arbitraj Məhkəməsi (CAS) “Sumqayıt” futbol klubunun sabiq məşqçisi Elnur Çodarovun “gənclik şəhəri” təmsilçisinə qarşı qaldırdığı iddianı təmin edib.

Bu barədə hüquqşünas Nailə Rüstəmzadə özünün “Facebook” hesabında məlumat yayıb. O bildirib ki, ilk dəfə CAS Azərbaycan futbolunda məşqçinin müqavilə şərtlərinin pozulması məsələsinə baxıb.

N.Rüstəmzadə prosesin detallarını açıqlayıb. Daha əvvəl beş il təmənnasız AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sədri kimi çalışdığını qeyd edən hüquqşünas bildirib ki, Elnur Çodarov ilk olaraq oraya müraciət edib. Məsələyə baxıldıqdan sonra komitə şikayəti qismən təmin edib. Lakin klubun apellyasiya şikayətindən sonra AFFA Apellyasiya Arbitraj Tribunalında qərar ləğv edilib. Rüstəmzadə bundan sonra AFFA-dakı işindən ayrılıb. O, CAS-ın qərarının gözlənilən olduğunu qeyd edib.

Qeyd edək ki, Elnur Çodarov 2021-ci ilin dekabrında “Sumqayıt”ın istefaya göndərilən məşqçilər korpusunda yer alıb. Onun “gənclik şəhəri” təmsilçisi ilə müqaviləsinin davam etməsinə baxmayaraq, rəhbərlik birtərəfli qaydada sözləşməyə xitam verib. Bundan sonra E.Çodarov hüquqi addımlar atıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir