Dünya

Bayden “Helluin” şənliyində uşaqdan “qorxaraq” əlindəki konfeti yerə saldı – VİDEO

Sharing is caring!


ABŞ Prezidenti Co Bayden Ağ Evdə “Helluin” bayramını qeyd etmək üçün keçirilən tədbir zamanı Dart Veyder maskası taxan uşaqdan “qorxub”. Əlləri titrəyən Bayden uşağa hədiyyə verməli olduğu konfetin birini yerə salıb.

ABŞ liderinin bu davranışını əks etdirən video internetdə yayılıb. İzləyicilər Baydeni ələ salıblar.

Belə ki, şərhçilərdən biri Ağ Evin rəhbərini “Qoca Pennyvayz” adlandırıb. Qeyd edib ki, Baydenin ətrafındakı uşaqlar hədiyyələrin sevincini yaşamaqdan daha çox çaşbaş qalıblar.

“O şirniyyatlarlardan uzaq durardım! Onlar insanı uyuda bilər!” – deyə başqa bir sosial şəbəkə istifadəçisi yazıb.

Xatırladaq ki, Prezident Co Bayden və birinci xanım Cil Bayden “ Hallo-READ!” tədbirinə ev sahibliyi ediblər. Ağ Ev rəhbərinin həyat yoldaşı Cil Bayden də Vaşinqtonda keçirilən tədbirlərdə iştirak edib. O, saxta qulaqlar və süni tüklər taxaraq, üzünə bığ çəkərək pişik obrazı yaradıb.

Mənbə: news.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir