Cəmiyyət

Xankəndidən gedən erməni: “Bir daha geri qayıtmayacağam” – VİDEO

Sharing is caring!


“İkinci Qarabağ müharibəsində iştirak etmişəm. Xankəndidən İrəvana gedirəm və bir daha geri qayıtmaq fikrim yoxdur”.

Bu fikirləri “Report”un Laçına ezam olunmuş əməkdaşına açıqlamasında Seyran Aqambekyan deyib.

O, İkinci Qarabağ müharibəsində qardaşını itirdiyini bildirib:

“Mən üç il bundan əvvəl Qarabağda hərbi xidmətdə olmuşam. Daha doğrusu, Martunidə (Xocavənd – red.). İkinci Qarabağ müharibəsinin iştirakçısıyam. Döyüşlərdə yaralanmamışam. Lakin ailə üzvlərimdən qardaşım döyüşlərdə ölüb. Valideynlərim hələ ki Xankəndidədirlər. Lakin özüm İrəvana gedirəm. Çox güman, bir daha geri qayıtmayacağam”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir