Cəmiyyət

Bakıdan Naxçıvana karqo ilə göndərilən yük əksik çatır? – FOTO/VİDEO

Sharing is caring!

Bakıda yaşayan Naxçıvan sakini qəribə hadisə ilə üzləşib .

Xezerxeber.az-ın məlumatına görə, Namiq Ağabəyli adlı şəxs karqo şirkətlərindən biri ilə Naxçıvana ümumi çəkisi 185 kiloqram olan 15 qutudan ibarət yük yola salıb.

Vətəndaş iddia edir ki, hava yolu ilə çatdırılan yük Naxçıvanda təhvil alınarkən üzərindən bir qismi əksik olub.

Müsahibimiz ümumilikdə ona 320 manat ziyan dəydiyini iddia edir. Onun sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti üzrə müraciətləri nəticəsiz qalıb.

Bununla bağlı sözügedən karqo şirkətindən şifahi olaraq bildirildi ki, bu gün qeyri-iş günü olduğundan vətəndaşın problemi həftənin birinci günü tam araşdırılacaq və həll ediləcək.

Daha ətraflı videomaterialda:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir