Dünya

İranın BMT-dəki rəsmisi: “Tehran husilərə silah vermir”

Sharing is caring!


İran ABŞ və İsrailə qarşı hücumlar həyata keçirən Yəmənin “Ənsar Allah” (husilər) hərəkatını silahla təmin etmir.

Bu açıqlama ilə İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani çıxış edib.

İran rəsmisi bildirib ki, husilərin öz silahları var və rəsmi Tehran üsyançılara onlardan necə istifadə etmək barədə göstəriş vermir.

Əmir Səid İrəvani əlavə edib ki, İsrail öz qoşunlarını Qəzza zolağından çıxarsa və anklav sakinlərinə humanitar yardım göndərilməsinə qoyulan məhdudiyyətləri aradan qaldırarsa, onun ölkəsi husiləri Qırmızı dənizdəki hücumları dayandırmağa çağırmağa hazırdır.

Mənbə: NBC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir