İdman

2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarının ilk reklamı yayımlanıb – FOTO/VİDEO

Sharing is caring!


2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının ilk reklamı yayımlanıb.

Videoda Fransa haqqında əcnəbi stereotiplər (şərab, baget çörəkləri) nümayiş olunub.

Bundan əvvəl Yay Olimpiya və Paralimpiya Oyunlarının rəsmi maskotu təqdim olunub. Bunlar qırmızı frigiya papağı şəklində yumşaq oyuncaqlardır. Maskota Frigi adı verilib. Paralimpiya simvolu bir ayağı əvəzinə qaçış üçün protezi ilə olimpiya simvolundan fərqlənir.

Qeyd edək ki, olimpiada 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək. İdmançılar 32 idman növü üzrə 329 dəst mükafat uğrunda mübarizə aparacaqlar.

Mənbə: “Sliva/İrkutsk” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir