Cəmiyyət

Əkin sahələrinin suvarılmasındakı çətinlik: Niyə su kanalları yararsızdır?

Sharing is caring!

Son illər ölkə ərazisində əkin suvarmada problemlər var. Buna əsas səbəb kimi qlobal istiləşmələr göstərilir. 

Əkin sahələrini suvarmaqda çətinlik çəkən sakinlər isə buna yalnız qlobal istiləşmənin deyil, su kanalların yararsız halda olmasını əsas gətirirlər. 

Onlar bildirib ki, ölkə ərazisində beton kanalların əksəriyyəti də, yararsız haldadır və su sahəyə çatmır. 

Məsələ ilə bağlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq.

ASC-nin mətbuat katibi Dilqəm Şərifov Oxu.Az-a açıqlamasında bildirib ki, ölkə ərazisində 52 min kilometrdən çox suvarma şəbəkəsi mövcuddur:

“Onların 70 faizi torpaq, 30 faizi isə beton kanallardır. Prezident İlham Əliyevin tapşırığına əsasən, hər il meliorativ tədbirlər görülür. Əsas istiqamətlərdən biri də torpaq kanalların beton və qapalı boru ilə əvəzlənməsidir. Bunun də əsas səbəbi su itkisinin qarşısını almaqdır. 2003-2021-ci ilə kimi ölkə ərazisində 4620 km beton kanal çəkilib və hazırda proses davam etdirilir.

Bu məsələ bir, iki və beş ilə tam həll olunan məsələ deyil, hər il davamlı olaraq işlər görülür. Torpaq kanalların hamısını betonla əvəz etmək mümkün deyil. Bunu vaxt və maliyyə səbəbindən birdən-birə etmək olmaz. Bəzən bizə sual verirlər ki, niyə ayrılan maliyyənin hamısını torpaq kanalın betona keçirilməsinə sərf etmirsiniz? Biz tək bu işi görmürük.

Müxtəlif istiqamətlər var və maliyyə hansı istiqamətə ayrılıbsa, ona istifadə olunur. Tək bir sahəni inkişaf etdirmək olmaz. Eyni zamanda, su itkisinin qarşısını almaq üçün 2003-cü ildə kimi 4 su anbarı tikilib, 3 su anbarı bərpa edilib”.

O qeyd edib ki, beton kanallar çəkildikdən sonra monitorinqlər aparılır.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir