İdman

Millətlər Liqası: Xorvatiya və Niderland finalda, Türkiyə məğlub oldu – VİDEO

Sharing is caring!

UEFA Millətlər Liqasının qrup mərhələsində VI tura start verilib.

“Report”un məlumatına görə, ilk oyun günündə A, C və D Liqalarında ümumilikdə 10 qarşılaşma keçirilib.

A Liqasının 1-ci qrupunda Xorvatiya səfərdə Avstriyanı, Danimarka isə Fransanı məğlub edib.

4-cü qrupda Niderland Belçikaya, Polşa Uelsə qalib gəlib.

C Liqasının bugünkü görüşləri formal xarakter daşıyıb. Hər iki qrupda liderlər və aşağı liqaya düşəcək komandalar əvvəlki turlarda bəlli olub. Gecənin sensasiyasına evdə Türkiyəni yenən Farer Adaları imza atıb.

D Liqasında Latviya səfərdə Andorra ilə heç-heçəyə razılaşıb, Moldova isə evdə Lixtenşteynə qalib gəlib.

Beləliklə, sonuncu turun ilk oyun gününün nəticələrindən sonra Xorvatiya və Niderland yığmaları qrup qalibi kimi final mərhələsinə adlayıblar.

Avstriya və Uels A Liqasını tərk edib. Latviya isə C Liqasına yüksəlib.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, VI tur
A Liqası
1-ci qrup

Avstriya – Xorvatiya – 1:3
Qollar:
 Kristof Baumqartner, 9 – Luka Modriç, 6. Marko Livaya, 69. Deyan Lovren, 72

Danimarka – Fransa – 2:0
Qollar:
 Kasper Dolberq, 34. Andreas Skov Olsen, 39

Xal durumu: Xorvatiya – 13, Danimarka – 12, Fransa – 5, Avstriya – 4

4-cü qrup

Niderland – Belçika – 1:0
Qol:
 Vircil van Deyk, 73

Uels – Polşa – 0:1
Qol:
 Karol Sviderski, 58

Xal durumu: Niderland – 16, Belçika – 10, Polşa – 7, Uels – 1

C Liqası
1-ci qrup

Farer adaları – Türkiyə – 2:1
Qollar:
 Vilyormur Davidsen, 51. Yohan Edmundsson, 59 – Serdar Gürler, 89

Lüksemburq – Litva – 1:0
Qol: 
Jerson Rodriges, 89

Xal durumu: Türkiyə – 13, Lüksemburq – 11, Farer adaları – 8, Litva – 1

3-cü qrup

Slovakiya – Belarus – 1:1
Qollar:
 Adam Zrelyak, 65 – İvan Baxar, 45

Azərbaycan – Qazaxıstan – 3:0
Qollar:
 Aleksandr Maroçkin, 66 (öz qapısına). Filip Ozobiç, 74. Anatoli Nuriyev, 90+1
Qırmızı vərəqə: Nuralı Alip, 35 (Qazaxıstan)

Xal durumu: Qazaxıstan – 13, Azərbaycan – 10, Slovakiya – 7, Belarus – 3

D Liqası
Andorra – Latviya – 1:1
Qollar:
 Albert Rosas, 88 – Vladislav Qutkovski, 50

Moldova – Lixtenşteyn – 2:0
Qollar:
 Viktor Stine, 90+2; 90+4

Xal durumu: Latviya – 13, Moldova – 13, Andorra – 8, Lixtenşteyn – 0.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir