Dünya

Ukrayna PA-nın rəhbəri: “Milyonlarla qurbanı olan nüvə müharibələri olacaq”

Sharing is caring!

Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak dünyanı Rusiyanın nüvə şantajına sərt reaksiya verməyə çağırıb.

O, bildirib ki, əks halda milyonlarla qurbanı olan nüvə müharibələri olacaq.

“Rusiyanın nüvə şantajına cavab sərt və birmənalı olmalıdır, nüvə təcavüzkarına güzəşt ideyası rədd edilməlidir. Əks halda, hər bir iddialı diktator və hər bir ölkə nüvə silahı əldə etməyə çalışacaq. Nüvə silahlarının yayılmaması ilə bağlı razılaşmalar faydasız olacaq. Sonra milyonlarla qurbanın olduğu nüvə müharibələri baş verəcək”, – Yermak Amerikanın “The Atlantic” jurnalında dərc olunan köşə yazısında qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir