İdman

UEFA Gənclər Liqası: “Qəbələ”nin rəqibi məlum oldu

Sharing is caring!


UEFA Gənclər Liqasında I mərhələnin püşkü atılıb.

Oxu.Az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edəcək “Qəbələ”nin U-19 komandası Macarıstan “Puşkaş Akademiya”sı ilə üz-üzə gələcək.

Cütün qalibi növbəti raundda “Olimpiakos” (Yunanıstan) – “Leççe” (İtaliya) duelinin güclüsü ilə görüşəcək.

“Qəbələ” ilk görüşünü oktyabrın 4-də evdə keçirəcək. Cavab matçı isə oktyabrın 25-də səfərdə baş tutacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir