İqtisadiyyat

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 26 faiz azalıb

Sharing is caring!


Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 333 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 0,9% çoxdur.

Yeddi aylıq xarici ticarət dövriyyəsinin 20 milyard 777 milyon ABŞ dolları ixracın, 9 milyard 556 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 7,9% azalıb, idxal isə 27,5% artıb.

Son nəticədə xarici ticarətdə 11 milyard 220 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 25,6% azdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir