Cəmiyyət

Naxçıvanda daha bir nazirlikdə yoxlama aparılacaq – ÖZƏL

Sharing is caring!


Naxçıvan Muxtar Respublikasının (NMR) Fövqəladə Hallar Nazirliyində (FHN) yoxlama aparılacaq.

Oxu.Az-ın məlumatına görə, Hesablama Palatası tərəfindən nazirlik və strukturuna daxil olan qurumlarda kənar dövlət maliyyə nəzarəti tədbiri keçiriləcək.

Yoxlamalar 2023-cü il avqust ayının sonunda nəzərdə tutulub.

Hesablama Palatasından məlumat Oxu.Az-a təsdiqlənib.

Qeyd edək ki, hazırda NMR-in Səhiyyə Nazirliyində kənar dövlət maliyyə nəzarəti tədbiri davam etdirilir.

İlhamə Əbülfət 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir