Cəmiyyət

Kanalizasiya suyu aylardır küçəyə axır – ŞİKAYƏT + VİDEO

Sharing is caring!




Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsində boru dolduğundan kanalizasiyadakı çirkab küçəyə axır.

Xezerxeber.az-ın məlumatına görə, Turgenev küçəsində yaşayan sakinlər iddia edirlər ki, bir neçə aydır küçədəki əsas boru dolduğu üçün kanalizasiya suyu küçəyə axır. Bu da sakinləri çıxılmaz vəziyyətdə qoyub.

Sakinlər dəfələrlə aidiyyəti qurumlara məlumat verdiklərini bildiriblər. Hətta tutulan borunun açılması üçün müəyyən işlər də görülür.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirdi ki, sözügedən küçədə iri kanalizasiya xəttində tutulma baş verib.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir