İdman

Azərbaycan taekvondoçusu dünya birinciliyində gümüş medal qazanıb

Sharing is caring!


Azərbaycan taekvondoçusu Şəms Əlizadə (160 sm) Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən dünya birinciliyində gümüş medal qazanıb.

“Report” xəbər verir ki, millinin üzvü yarışın ikinci günündə fəxri kürsüyə yüksəlib.

Ş.Əlizadə finalda Qazaxıstan idmançısı ilə üz-üzə gəlib. Gərgin keçən döyüşdə rəqib qələbə qazandığından təmsilçimiz gümüş medalla kifayətlənib.

Qeyd edək ki, dünya birinciliyi sentyabrın 1-dək davam edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir