Cəmiyyət

Cəlilabadda ilk tunc dövrünə aid miniatür qoç fiquru aşkarlanıb – FOTO

Sharing is caring!


Cəlilabad rayonunda yerləşən Xudutəpə yaşayış məskənində aparılan qazıntılar zamanı unikal hesab olunan tarixi tapıntı aşkarlanıb.

Bu barədə “Report”a Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Anar Ağalarzadə məlumat verib.

Onun sözlərinə görə, qoç tarixən Azərbaycan xalqının qədim mənəvi mədəniyyətində bolluq-bərəkət simvolu olub:

“Xudutəpə yaşayış məskəninin ilk tunc dövrü təbəqəsindən arxeoloji qazıntılar zamanı tapılmış bu kiçik qoç nümunəsi Muğanın minilliklər tarixinin öyrənilməsi üçün çox əhəmiyyətlidir”.

Qeyd edək ki, əvvəlki qazıntılar zamanı sözügedən yaşayış məskəninin üst qatından orta əsrlərə aid zəngin maddi mədəniyyət nümunələri, eləcə də digər qoç fiqurları üzə çıxıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir