Dünya

Kreslodan durarkən yıxılan Çexiya Prezidenti xəstəxanaya yerləşdirildi

Sharing is caring!

Çex Respublikasının Prezidenti Miloş Zeman qolu sındığı üçün xəstəxanaya yerləşdirilib.

Bu barədə “Aktualne” nəşri dövlət başçısının mətbuat xidmətinin rəhbəri Yirj Ovçaçekə istinadla xəbər yayıb.

Bildirilir ki, dövlət başçısı kreslodan durarkən büdrəyib və zədə alıb.

“Prezident axşam vaxtı televiziya xəbərlərinə baxırdı. Veriliş bitdikdən sonra o əsanın və cangüdənlərinin yardımı olmadan kreslodan qalxmaq istəyib, bu zaman büdrəyərək sağ qolunu sındırıb”, – deyə o bildirib.

Ovçaçekin sözlərinə görə, həkimlər onu əməliyyat ediblər.

Prezidentin xəstəxanada nə qədər qalacağı isə məlum deyil.

Nəşr onu da bildirir ki, Zeman uzun müddətdir ki, ayaqların neyropatiyasından əziyyət çəkir, buna görə də əsadan istifadə edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir