İdman

“Sabah”ın baş məşqçisi: “Ayaz Quliyevlə danışıqlar kifayət qədər asan keçdi”

Sharing is caring!


“Ayaz Quliyevlə danışıqlar kifayət qədər asan keçdi. Futbolçu özü “Sabah”a keçmək istəyirdi”.

“Report”un məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis Rusiyanın “Ximki” klubundan transfer olunan 26 yaşlı yarımmüdafiəçinin Azərbaycan vətəndaşlığı almaq perspektivinə də toxunub:

“Fikrimcə, Ayaz yaxın zamanda Azərbaycan pasportu alacaq. Bu, yerli çempionatda legioner limiti ilə bağlı vacibdir. Məsələnin hazırda hansı mərhələdə olduğunu bilmirəm. Əminəm ki, futbolçu ən yaxşı formasını bərpa edəcək və Azərbaycan millisini gücləndirə biləcək”.

Qeyd edək ki, “Sabah” klubu Ayaz Quliyevlə üç illik müqavilə bağlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir