İdman

“Qarabağ” – “Olimpiya” oyununu yayımlayacaq telekanal müəyyənləşdi

Sharing is caring!


UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Olimpiya” (Sloveniya) oyununun yayımlanacağı telekanal müəyyənləşib.

Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, avqustun 24-də Lyublyanada keçirilən ilk görüşün yayım hüququna malik olan “İdman TV” yalnız 69-cu dəqiqədən etibarən matçı canlı təqdim edib. Həmin qarşılaşmada “Qarabağ” 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, avqustun 31-də keçiriləcək cavab oyunu saat 20:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir