İdman

Şahmatçımızın komandası dünya çempionatında üçüncü oldu

Sharing is caring!


Azərbaycan şahmatçısı Günay Məmmədzadənin heyətində yer aldığı Hindistanın “Team MGD1” klubu Almaniyanın Düsseldorf şəhərində keçirilən rapid üzrə komandalararası dünya çempionatında üçüncü yeri tutub.

Oxu.Az xəbər verir ki, Hindistan təmsilçisi 36 komandanın iştirak etdiyi yarışda 18 xalla bürünc mükafata sahib çıxıb. Məmmədzadə keçirdiyi dörd oyunda üç xal toplayıb.

Qeyd edək ki, dünya çempionatında ilk iki pillədə “WR Chess” (22 xal) və “Freedom” (20 xal) komandaları qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir