İdman

Dünya çempionatında Qazaxıstan və Ukrayna komandaları üçün uğurlu gün – FOTO

Sharing is caring!


Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında bu gün Qazaxıstan və Ukrayna komandaları uğur qazanıblar.

Belə ki, kişilər arasında 10 metr məsafəyə hərəkət edən hədəfə atəş açma növündə 384 xal toplayan ukraynalı idmançı Denis Bablyuk birinci olub. Gümüş medalı da ukraynalı qazanıb. İqor Kizima 381 xal yığaraq ikinciliyi bayram edib. Bürünc medal aktivinə 381 xal yazdıran Kris Qrosshemin payına düşüb.

Komanda növündə Ukrayna birinci, Finlandiya ikinci, Koreya üçüncü olub.

Qadınlar arasında 10 metr məsafəyə hərəkət edən hədəfə atəş açma növündə Qazaxıstanı təmsil edən atletlər uğurlu çıxışla yadda qalıblar.

378 xal yığan Aleksandra Saduakassova qızıl medalın sevincini yaşayıb. 18 yaşlı Zuxra İrnazarova eyni xalla ikinciliyi bayram edib. Ukraynalı Valentina Honçarova 370 xal yığaraq bürünc medal alıb.

Komanda növündə Qazaxıstan birinci, Ukrayna ikinci olub.

Denis Bablyuk da mükafatlandırma mərasimindən sonra təəssüratını bölüşüb:

“Yarış çox çətin keçdi. Amma diqqətimizi cəmləyib uğur qazana bildik. Nəticədə həm fərdi, həm də komanda yarışında uğur qazandıq. Çempionat da çox gözəl təşkil olunub. Bakı Atıcılıq Mərkəzi yüksək səviyyədədir. Burada hər şey əladır. Təşkilatçılıq ideal səviyyədədir. Yaradılan şəraitə görə hər birinizə təşəkkür edirik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir