Cəmiyyət

Bakıda gecə klubunda Küveyt vətəndaşı ölüb

Sharing is caring!

Bakının Binəqədi rayonunda klubda ölüm hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində yerləşən iaşə obyektində qeydə alınıb.

Belə ki, “Baku Musical Center” gecə klubunda müştəri olan 1969-cu il təvəllüdlü Küveyt vətəndaşı Ali Nəcəb Aşamalinin qəfil vəziyyəti pisləşib.

Dərhal təcili tibbi yardıma müraciət olunub.

Buna baxmayaraq, Ali Nəcəb Aşamali dünyasını dəyişib.

Onun hansı səbəbdən öldüyü Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin əməkdaşları tərəfindən araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir