İdman

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazana bilər – YENİLƏNİB

Sharing is caring!


Azərbaycanın yeniyetmə cüdoçusu Süleyman Şükürov Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxacaq.

Oxu.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində yer alan idmançı 1/4 finalda İtaliya təmsilçisi Lusio Tavolettaya uduzub.

Bürünc medal qazanmaq şansını saxlayan Şükürov təsəlliverici görüşə qatılacaq. Onun rəqibi Litva cüdoçusu Vigirdas Narkus olacaq.

Qeyd edək ki, Şükürov 1/16 finalda Tacikistan təmsilçisi Aminjon Abducalilzadəni məğlub edib, 1/8 finalda isə Qırğızıstan təmsilçisi Nurməhəmməd Muratovu üstələyib.

12:10

Azərbaycanın yeniyetmə cüdoçusu Kamilla Toholiyeva Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

Oxu.Az xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda albaniyalı Kasandra Kovacı ilə üz-üzə gəlib və rəqibinə məğlub olaraq mübarizəni dayandırıb.

Beləliklə, Azərbaycanın qadın cüdoçuları turniri bir qızıl medalla başa vurublar. Yalnız 52 kiloqramda Xədicə Qədəşova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

09:40

Bu gün Azərbaycanın daha iki yeniyetmə cüdoçusu Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Oxu.Az xəbər verir ki, oğlanlardan 73 kq çəki dərəcəsində Süleyman Şükürov, qızlardan isə 63 kq-da Kamilla Toholiyeva tatamiyə çıxacaqlar.

1/16 finalda Şükürov Aminjon Abducalilzadə (Tacikistan) – Batur Mərdanov (Türkmənistan) cütünün qalibi ilə qarşılaşacaq.

Toholiyeva isə 1/32 finalda Kasandra Kovacı (Albaniya) ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medal əldə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir