Cəmiyyət

Mübariz Səadətov: “Nofəl şəhid olduğu üçün kədərlənirəm, amma sevinirəm ki, heç olmasa, qalıqları tapılıb”

Sharing is caring!


“Mən Nofəllə döyüş yoldaşı olmuşam və 31 ildir ki, gözümüz yolda idi. 1992-ci ildə Şuşada Daşaltı əməliyyatının iştirakçısı olaraq, orada itkin düşən döyüş yoldaşlarımın qalıqlarının tapılmasına həm sevinirəm, həm də kədərlənirəm”.

Bunu Oxu.Az-a açıqlamasında 31 il sonra meyit qalıqları tapılan Nofəl Qurbanovun döyüş yoldaşı Mübariz Səadətov deyib.

Onun sözlərinə görə, indi Nofəlin ruhu şaddır:

“O, şəhid olduğu üçün kədərlənirəm, amma sevinirəm ki, heç olmasa, qalıqları tapılıb. Arzu edirəm ki, o biri döyüş yoldaşlarımdan da tezliklə xəbər olsun”.

O əlavə edib ki, Daşaltı azad olunduğu gün mənəvi rahatlıq tapıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir