Cəmiyyət

DSX-nin zabiti Bakıda küt alətlə döyüldü

Sharing is caring!

Bakının Nəsimi rayonunda dava olub, bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, “Koala” parkının qarşısında sürücülər bir-birinə yol vermədiklərinə görə mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib.

Nəticədə 1988-ci il təvəllüdlü Əbilov Vurğun İdris oğlu küt alətlə döyülüb.

O, xəstəxananın neyrocərrahiyyə şöbəsinə yerləşdirilib.

Onun yaxınları bildiriblər ki, V.Əbilov Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayorudur və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir