İdman

Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatının ilk qalibləri müəyyənləşib – FOTO/VİDEO

Sharing is caring!


Bu gün Bakıda atıcılıq üzrə dünya çempionatının ilk yarışları keçirilib.

“Report”un məlumatına görə, olimpiya növü olan pnevmatik tapançadan 10 metr məsafəyə atəş üzrə yarışda kişilər arasında mübarizədə həm fərdi, həm də komanda şəklində çinlilər üstünlüklərini nümayiş etdiriblər.

Fərdi növdə qızıl medalı 244.3 xalla Çin yığmasının üzvü Boven Janq qazanıb. Gümüş medal 240.8 xal toplayan serb Damir Mikeç, bürünc medal isə 215.7 xal yığan bolqar Kiril Kirova çatıb.

Komanda növündə də ilk yeri çinlilər tutub və qızıl medal əldə ediblər. Gümüş medala Almaniya, bürünc medala Hindistan millisi sahiblənib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir