Dünya

Cinsini dəyişən şəxslər qadınların şahmat turnirinə buraxılmayacaqlar

Sharing is caring!


Beynəlxalq Şahmat Federasiyası (FIDE) cinsini kişidən qadına dəyişən transgenderlərin qadınların rəsmi turnirlərində iştirakını qadağan edib.

Bu barədə FIDE-nin lisenziyalaşdırılması haqqında əsasnamədə deyilir.

FIDE-nin yaydığı bəyanatda o da qeyd olunur ki, qadağa əlavə araşdırmalar aparılana və qərar qəbul edilənə qədər qüvvədə qalacaq:

“Qərar əlavə araşdırmalara əsaslanmalı, FIDE Şurası isə onu iki ildən gec olmayaraq qəbul etməlidir”.

Bununla belə, Beynəlxalq Şahmat Federasiyası transseksual qadınların açıq turnirlərdə iştirakına icazə verəcək. 

Yeni qaydalar avqustun 21-də qüvvəyə minəcək və federasiyanın növbəti qərarına qədər qüvvədə qalacaq.

Mənbə: Handbook.fide.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir