Dünya

Tbilisidəki kilsədə Stalinin ikonası, gürcü millətçilər və dindarlar etiraza qalxdı – VİDEO

Sharing is caring!


Gürcüstanın paytaxtı Tbilisidəki Müqəddəs Üçlük Kafedralında İsa Peyğəmbərin mövludu günü – Milad bayramı münasibətilə ilə keçirilən bayram mərasimində Sovet dövlətinin lideri İosif Vissarionoviç Stalinin ikonası nümayiş etdirilib.

Görüntüləri sosial şəbəkələrdə gürcüstanlı tarixçi və siyasətçi Giorgi Kandelaki paylaşıb.

O qeyd edib ki, minlərlə din xadiminin, gürcü vətənpərvərin ölümünə fərman verən şəxsin ikonasının kilsədə nümayiş etdirilməsi hiddət doğurur.

Tarixçi hesab edir ki, Stalinin ikonasının kilsəyə yol tapması Rusiya informasiya maşınının uğuru da hesab etmək olar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir