Cəmiyyət

Bakıda yaşayış binası qəzalı vəziyyətdədir: Sakinlər qorxu içində yaşayırlar – VİDEO

Sharing is caring!


Xəzər rayonu, “Şimal Dres” deyilən ərazinin Dəniz küçəsi 3 ünvanında yerləşən üçmərtəbəli yataqxana tipli yaşayış binası qəzalı vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə qeyd edilən ünvandakı 48 mənzilli binanın sakinləri bildiriblər.

Onların sözlərinə görə, öz hesabalarına dəfələrlə təmir etdirsələr də, hər dəfə binanın müxtəlif yerləri çökür. Bir neçə gün əvvəl isə ikinci mərtəbənin tavanı uçub.

Sakinlər qeyd ediblər ki, əraziyə baxan 130 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) işçiləri elə həmin gün uçmuş hissələri təmizləmək adı ilə eyvandan yerə ataraq gediblər.

Məsələ ilə bağlı 130 saylı MKİS-dən bildirilib ki, həmin bina qəzalı vəziyyətdə olduğundan əsaslı təmiri mümkün deyil, amma sabahdan uçmuş hissənin cari təmirinə başlanılacaq.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir