Cəmiyyət

Aylardır həll edilməyən problem çəkilişə görə bir neçə dəqiqəyə aradan qaldırıldı – VİDEO

Sharing is caring!


Xətai rayonu, Məzahir Rüstəmov küçəsində ağac aşıb.

“Xəzər Xəbər”in məlumatına görə, sakinlər iddia edirlər ki, aşan ağacla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, onlara tutarlı cavab verən olmayıb. Aylar ötsə də problem həllini tapmayıb.

İddiaya görə, sakinlərin müraciətinə “Kəsməyə mişarımız yoxdur” kimi cavab verilib.

Mövzu ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirildi ki, şiddətli külək nəticəsində aşan ağacın qol-budağı hadisə baş verən gün budanıb, gövdəsi isə iri həcmli olduğundan onun ərazidən uzaqlaşdırlması dərhal mümkün olmayıb:

“Çünki, küləkli hava şəraiti ilə bağlı bu kimi hadisələr növbəli şəkildə aradan qaldırılır”.

Qeyd edək ki, bu gün əraziyə birliyin nümayəndəsi gəlib. Təxminən bir neçə dəqiqədən sonra şiddətli külək nəticəsində aşan çoxillik ağacın kötüyü ərazidən xüsusi texnika vasitəsi ilə uzaqlaşdırılıb.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir