İdman

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin oyunlarının məkanı müəyyənləşdi

Sharing is caring!


Qadın futbolçulardan ibarət Azərbaycan millisinin ilk dəfə təşkil olunacaq UEFA Millətlər Liqasının C qrupunda keçirəcəyi ilk iki oyunun məkanı və başlama saatları müəyyənləşib.

Bu barədə Milli Assosiasiya məlumat yayıb.

Bildirilib ki, Kipr yığmasına qarşı matç sentyabrın 22-də, saat 17:00-da “Dalğa Arena”da baş tutacaq.

Yığma bundan dörd gün sonra, saat 20:00-da səfərdə Monteneqro ilə qarşılaşacaq. Bu görüş Podqoritsa şəhərindəki “Ljeskopolje Arena”da təşkil olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir