Cəmiyyət

Şəhid xanımından Türkiyəyə dəstək – VİDEO

Sharing is caring!

Türkiyədə zəlzələdən zərərçəkənlərə ölkəmizin hər yerindən yardımlar davam edir. 

Mingəçevirdə şəhid Məhəmməd Osmanovun həyat yoldaşı Türkan Osmanova da qardaş ölkəyə yardım göndərənlər sırasındadır. 

O, yardım məntəqəsinə yaxınlaşaraq, şəhid həyat yoldaşının övladlarına aldığı yeni geyimləri, isti paltarları, müəyyən qidaları təqdim edib. 

Türkan Osmanova deyir ki, həyat yoldaşı Məhəmməd Osmanov türk ordusunu, türk qardaşlarını çox sevib. Hər zaman yardımsevərliyi ilə diqqət çəkib.

Qeyd edək ki, şəhid Məhəmməd Osmanov Ağdaşın Ərəbocağı kəndində dünyaya gəlib. Vətən müharibəsi başlayan gündən Tərtərin Suqovuşan kəndi istiqamətində döyüşlərə qatılıb. Düşmənə sarsıdıcı zərbələr endirən Məhəmməd Osmanov sentyabrın 28-də şəhadətə ucalıb.

Bir qız övladı onun üzünü görsə də, öz adını daşıdığı oğlu onun ölümündən sonra dünyaya gəlib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir