Dünya

Xameneinin nümayəndəsi: “Məscidlər boş qalıb” – FOTO

Sharing is caring!


İranın ali dini rəhbəri Əli Xameneinin Yəzd əyalətindəki nümayəndəsi və Yəzd şəhərinin cümə imamı Məhəmməd Rza Nasiri vətəndaşların məscidlərə getməməsindən gileylənib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

“Sosial mediada məscidlərə qarşı təbliğatın artması vətəndaşların, xüsusilə gənclərin siyasi və ictimai qərargahlarımız sayılan məscidlərə marağının azalmasına, məscidlərin boş qalmasına səbəb olub”,- deyə o, bildirib.

O, hakimiyyəti bununla bağlı tədbirlər görməyə və gənclərin məscidlərə getməsi üçün stimullaşdırıcı addımlar atmağa çağırıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir