Bölgə

Hirkan milli parkında “açıq qapı” günü keçirilir – Fotolar

Sharing is caring!

Hirkan milli parkının yaradılması ilə əlaqədar milli parkda “açıq qapı” günü və maarifləndirici tədbirlər keçirilir. Bu gün ziyarətçilər milli parka giriş haqqından azaddır. Ziyarətçilər parkda hirkan tipli meşələrin zəngin biomüxtəlifliyi ilə tanış ola və unikal göl mənzərəsini seyr  edə bilərlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Lənkəran, Astara və Lerik rayonlarının ərazisini əhatə edən Hirkan milli parkı 9 fevral 2004-cü il tarixində yaradılıb və əsrarəngiz təbiət abidəsi hesab olunur.

“Açıq qapı” günündə Hirkan milli parkındakı bitkilərdən hazırlanmış herbari sərgisi nümayiş etdirilir, yerli əhali tərəfindən yetişdirilmiş orqanik məhsulların, dərman bitkilərinin satışı təşkil edilir. 

 Qeyd edək ki, fevralın 8-də Abşeron milli parkında da millii parkın yaranması günü ilə əlaqədar “açıq qapı” günü və maarifləndirici tədbirlər keçirilib, parkın ərazisində  Qızılqaz quşları (flaminqolar) müşahidə olunub. 

Abşeron yarımadasının cənub-şərq qurtaracağında, Şah Dili adlanan ərazidə yerləşən və üç tərəfdən dənizlə əhatə olunan Abşeron milli parkı 8 fevral 2005-ci il tarixində yaradılıb.

Hirkan milli parkında “açıq qapı” günü keçirilir - Fotolar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir