Dünya

Braziliya millisinin sabiq qapıçısı Azərbaycan klubunda?

Sharing is caring!


Heyətinə əcnəbi qapıçı cəlb etmək istəyən “Zirə” axtardığını Portuqaliyada tapıb.

Oxu.Az-ın məlumatına görə paytaxt klubu “Aroka”nın qolkiperi Tyaqu Silvanın xidmətində maraqlıdır.

29 yaşlı braziliyalının hazırkı komandası ilə gələn ilin yayına qədər müqaviləsi olsa da, heyətə çox düşə bilməməsi səbəbindən klubunu dəyişmək niyyətindədir. “Aroka”nın onun “Zirə”yə keçidinə mane olmayacağı bildirilir.

Qeyd edək ki, Braziliyanın “Flamenqo” klubunun yetirməsi olan T.Silva avropada “Aroka”dan əlavə digər Portuqaliya klubu “Eştoril”in formasını geyinib. O, Braziliya U-17 millisində iki oyun keçirib.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir