Cəmiyyət

Azərbaycana 18,1 milyon doza vaksin gətirilib

Sharing is caring!


Koronavirus pandemiyası başlayan gündən bu yana Azərbaycana 18,1 milyon doza vaksin gətirilib.

Oxu.Az xəbər verir ki, bu fikirləri TƏBİB-in Strateji təhlil və inkişaf departamentinin Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə səsləndirib.

Onun sözlərinə görə, pandemiya müddətində TƏBİB tabeliyində olan tibb müəssisələrində yüksək keyfiyyətli avadanlıqla təmin olunan 14 PZR laboratoriyaları fəaliyyətə başlayıb:

“Koronavirusla mübarizə üzrə səfərbər edilmiş 46 tibb müəssisəsindən 43-ü TƏBİB tabeli tibb müəssisəsi olub. Ümumilikdə ölkədə 300-dən çox məntəqədə vaksinasiya işi təşkil edilib və ölkəyə 18,1 milyon doza vaksin gətirilib”.

F.Həsənzadə onu da əlavə edib ki, xəstəliyin gedişatı ağır hesab edilməyən vətəndaşların ev şəraitində, poliklinikaların sahə həkimlərinin gündəlik nəzarəti əsasında müalicə almaları təşkil edilib:

“Bakı şəhərində bu tipli nəzarət funksiyasına 87 poliklinikanın xidmət ərazisini əhatə edən 41 məntəqə yaradılıb”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir