Mədəniyyət

Naxçıvanda Eneolit və Antik dövrə aid maddi-mədəniyyət nümunələri aşkar olunub – FOTO

Sharing is caring!


AMEA Naxçıvan Bölməsinin Tumbultəpə arxeoloji ekspedisiyası tərəfindən Naxçıvan şəhəri ərazisində, Naxçıvançayın sağ sahilində yerləşən Tumbultəpə yaşayış yerində tədqiqatlar davam etdirilir.

APA-nın yerli bürosu xəbər verir ki, arxeoloji araşdırmalar zamanı yaşayış yerində Son Eneolit dövrünə və Antik dövrə aid maddi mədəniyyət nümunələri aşkar olunub.

Araşdırmalar göstərir ki, yaşayış yerinin Son Eneolit dövrü təbəqəsi burada Antik dövrə və müasir dövrə aid qəbirlərin qazılması zamanı dağıntıya məruz qalıb. Bununla belə, tədqiqat zamanı Son Eneolit dövrü insanlarının dördkünc formalı evlərdə yaşadığı müəyyən edilib. Eneolit dövrünün son mərhələsinə aid maddi-mədəniyyət nümunələri indiyədək Naxçıvan Muxtar Respublikasında Ovçulartəpə, Yeni yol, Şorsu, Zirincli, Sərinbulaq kimi yaşayış yerlərindən, həmçinin Arazdan cənubda Culfa Kültəpəsi Köhnə Pasqah, Şərqi Anadoluda Aştəpə, Sarıgül, Hanaqo və digər abidələrdən məlumdur. Ovçulartəpə mədəniyyətinin son mərhələsinə aid olan bu tapıntılar həmin mədəniyyətin geniş bir coğrafiyada yayıldığını göstərir.

Tumbultəpə yaşayış yerinin tapıntıları isə bu mədəniyyətin lokal xarakter daşımadığını bir daha təsdiq edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir